• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

1 milyarddan çox insan kar ola bilər

CƏMİYYƏT

22 Noyabr 2022 | 09:19

1 milyarddan çox insan kar ola bilər

Yüksək səs duyğu hüceyrələrini zədələyir, qulağın işini təhdid edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Karolina Universitetinin tədqiqatçısı Lauran Dillard bildirib.

Dillard, yüksək səsə uzun müddət qulaq asdıqda qulağın qalıcı olaraq zədələnməsini və insanın eşitmə itkisi yaşaya biləcəyini irəli sürüb.

Mütəxəssislər, qulaqcıqlı ağıllı telefonda dinlənilən musiqinin səsinin 105 desibelə çata biləcəyini, konsert məkanlarında orta səs səviyyəsinin isə 104 ilə 112 desibel arasında olduğunu bildiriblər.

Tədqiqatçılar hesab edirlər ki, qulaqlıqdan istifadəni tamamilə aradan qaldırmaq əvəzinə bəzi ehtiyat tədbirləri görülməlidir.

Tinnitusun musiqi səviyyəsinin çox yüksək olduğunun əhəmiyyətli bir əlaməti olduğunu ifadə edən mütəxəssislər, bəzi telefonlarda səsi tənzimləmək funksiyasının olduğunu bildirirlər.

O bildirir ki, dinləmə müddətini və səsi azaltmaq eşitmə itkisinin qarşısını almaq üçün ən yaxşı tədbirdir.

Nur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR