Tacikistanın paytaxtı Düşənbənin ətrafında yerləşən Gissar şəhərində 113 yaşlı Böyük Vətən Müharibəsi veteranı Rəşid Kərimov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Facebook"da şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, veteran 1942-ci ildə müharibəyə gedib. O, Stalinqrad döyüşündə iştirak edib, Birinci Ukrayna Cəbhəsinin 204-cü artilleriya alayının tərkibində vuruşub, Praqa və Berlinin azad edilməsində iştirak edib.
Qeyd olunub ki, veteran cəbhədən qayıtdıqdan sonra məktəbdə müəllim işləyib.
Mina Mikayılova