İtirilmiş qitə Arqolandın dağıntıları tapılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, alimlər, təxminən, 155 milyon il əvvəl Avstraliya qitəsindən qopmuş bir torpaq sahəsi tapıblar.
Utrext Universitetindən bir qrup müəyyən edib ki, torpaq sahəsinin 5000 kilometr uzunluğundakı quru hissəsi Cənubi Asiyaya qədər uzanır. Qitə hazırda Hind okeanının səthindən 18.000 fut aşağıda yerləşir.
Araşdırma nəticəsində məlum olub ki, Arqoland qitənin şimal-qərbinə doğru sürüklənib, Cənub-Şərqi Asiya adalarının yerləşdiyi yerdə bitib.
Geoloq Eldert Advokaat bildirib ki, mütəxəssislər Arqolanda aid olduğu güman edilən kiçik fraqmentlər aşkar ediblər: “Arqoland müxtəlif hissələrə bölünüb. Ona görə araşdırmamız bu qədər uzun çəkdi. Biz hissələri bir araya gətirmək üçün 7 il sərf etdik".
Ay Tac















