• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Ərdoğan Putinin bu fikirlərinə dəstək verib" 

CƏMİYYƏT

12 Sentyabr 2022 | 15:26

"Ərdoğan Putinin bu fikirlərinə dəstək verib"

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və prezident Vladimir Putinə dəstək çıxışları Avropa ölkələrinin qəzəbinə tuş gəlib.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi fonunda Ərdoğanın Rusiyaya dəstək verməsi subliminal mesaj ola bilərmi?

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a bildirib ki, Ərdoğanın “Rusiyaya dəstək verməsi” məhfumu yalnışdır: 

“Belə bir dəstək yoxdur. Məsələ tamam başqadır. Bilirsiniz ki, Ərdoğan qeyd etdiyi kimi, Türkiyənin dünyanın siyasi xəritəsində yeni yer alması qaçılmazdır. Bunun qarşısını almaq cəhdlərini biz daim görürük. Onun məşhur bir sözü var: “Dünya beşdən böyükdür”. Bu baxımdan söhbət ondan gedir ki, hər bir ölkə öz suveren hüquqlarından tam şəkildə müdafiə və tam şəkildə istifadə etməlidir”.   

T. Zülfüqarov qeyd edib ki, yəni ölkələr öz siyasətini sərbəst şəkildə həyata keçirməlidir:

“Bildiyiniz kimi, Putin Viladivostokda bu fikirlərə toxunub və bildirib ki, artıq Rusiya öz suveren hüquqlarını artırmaq yolundadır. Ərdoğan da bu fikri səsləndirib ki, hər bir ölkənin öz suveren hüquqları güclü şəkildə təmin və ifadə olunmalı, təzyiqlərin qarşısı alınmalıdır. Ərdoğan sadəcə Putinin bu fikirlərinə dəstək verib. Bu, o demək deyil ki, Ərdoğan Rusiyanın Ukraynadakı siyasətini dəstəkləyib. Bu fikirləri təhrif edənlər Ərdoğanı Rusiyaya dəstək verən kimi göstərirlər. Lakin biz başa düşməliyik ki, bu sözlərin mahiyyəti tamamilə fərqlidir. Hansısa siyasi mərkəzdən çalışırlar ki, Türkiyəyə təsir etsinlər”.

Nuranə Daxilqızı 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026