• Bakı 28° C

    5.96 m/s

2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq

İQTİSADİYYAT

27 May 2024 | 17:10

2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq

Yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsirinin 764,3 mln. manat artırılaraq 3354,3 mln. manat olması nəzərdə tutulub. Təqdim edilmiş məlumatlara əsasən, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin olunacağı qeyd edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.

    Məlumata görə, cari ilin dövlət büdcəsinin 4 aylıq icra göstəricilərinə əsasən Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə köçürülən transfertin proqnoza uyğun icrası fonunda əsas gəlir inzibatçıları üzrə Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi üzrə, habelə sair gəlirlər üzrə nəzərdə tutulmuş məbləğdən əhəmiyyətli dərəcədə artıq yığımlar büdcədə profisiti (2509,9 mln. manat) şərtləndirib.

    Dövlət büdcəsinin həm neft, həm də qeyri-neft sektoru üzrə gəlirlərində mövcud potensialın bir hissəsinin büdcənin icrası prosesində reallaşması xərclərin isə proqnoza nəzərən az icra edilməsi ehtimallarının olması fonunda 2024-cü ildə gözlənilən büdcə kəsirinin proqnozlaşdırılan məbləğdən az olacağını (vahid xəzinə hesabının sərbəst qalığından büdcədənkənar xərclərin maliyyələşdirilməsinə ayrılan vəsaitin büdcədənkənar gəlirlərdə tanınmaması kəsir üzrə icra göstəricisini bir qədər proqnozlara yaxınlaşdıra bilər) deməyə imkan verir.


    SON XƏBƏRLƏR

    14 Iyun 2024