2030-cu ilə qədər süni intellektin dünyada yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları olacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələməkdədir", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, son illər Azərbaycanda bu sahələrdə yaradılan əlavə dəyər davamlı olaraq artmaqdadır: "Ötən il ölkəmizdə nəqliyyat sahəsində artım 5 %, İKT sahəsində təxminən 8,5 % olub".
Bakı 




