Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalar zamanı bir sıra qanun pozuntularının aşkar edildiyi bildirilir.
Hazırda Saleh Məmmədovun rəhbərliyi dövründə müqavilə əsasında fəaliyyət göstərən asfalt zavodlarında da maliyyə yoxlamaları həyata keçirilir.
Məlumata əsasən, yoxlamaların gedişi və yekun nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların Mühafizə Xidmətində aparılan yoxlamalar nəticəsində cinayət işi başlanılıb, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Murad İsmayıl
Bakı 



