• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

AB öz regionunda "Twitter"i bloklaya və ya cəriməliyə bilər

Multİmedia

02 Dekabr 2022 | 03:44

AB öz regionunda Twitteri bloklaya və ya cəriməliyə bilər

İlon Maskın "Twitter" ilə bağlı olan problemləri sosial şəbəkənin alındığı gün başlayıb.

Bakıvaxtı.az xəbər verir kİ, onun "Twitter" barəsində vermiş olduğu bəzi qərarlar sosial şəbəkə ətrafında qalmaqallara səbəb oldu. Görünür, indi Musk-ı yeni problemlər gözləyir. Belə ki, Avropa Birliyi təmsilçiləri Twitter rəhbərliyinə rəsmi xəbərdarlıq göndəriblər. Göndərilmiş rəsmi xəbərdarlıqda qeyd edilib ki, sosial şəbəkə kontentin moderasiyası ilə bağlı olan qaydalara riayət etməli və öz platformasında dezinformasiya ilə mübarizə aparmalıdır.

Dezinformasiya ilə bağlı olan bənd ilk növbədə bəzi Twitter hesabları tərəfindən COVID-19 pandemiyası barəsində yayılan yalan məlumatlarla əlaqəlidir. Sosial şəbəkənin qaydaları bölməsində yerləşdirilmiş bildirişə əsasən 23 noyabr 2022-ci il tarixindən başlayaraq sosial şəbəkə insanlarda COVID-19 barəsində səhv təsəvvürlər yarada biləcək yalan məlumatlara qarşı mübarizə siyasətini tətbiq etmir. Bu mövzuda kontent moderasiyasının ləğv edilməsindən sonra vaksinasiyaya qarşı olanlar koronavirusun mövcudluğuna şübhə ilə yanaşanlarla sosial şəbəkə daxilində müxtəlif fake məlumatlar paylaşmağa başladılar.

Avropa Birliyinin həmçinin sosial şəbəkədə daha öncə bloklanmış istifadəçi hesablarının bərpa edilməsi məsələsinə də bəzi narazılıqları var (technote.az). Verilmiş məlumata əsasən Avropa Birliyinin rəqəmsal siyasətin inteqrasiyasından cavabdeh olan komissarı Thierry Breton Mask ilə video formatında görüş zamanı ona xəbərdarlıq edib ki, əgər sosial şəbəkə Avropa Birliyinin məsləhətlərinə qulaq asmasa, Twitter Avropa Birliyi regionunda ya bloklanacaq, ya da ona qarşı şirkətin qlobal gəlirinin 6%-i dəyərində cərimə tətbiq ediləcək.


SON XƏBƏRLƏR

03 Fevral 2023