• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

DÜNYA

30 Dekabr 2024 | 04:46 | Müəllif: Gülşən Şərif

ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti bildirib.

Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.

Qeyd edək ki, Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026