• Bakı 28° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb

CƏMİYYƏT

29 May 2025 | 12:31

Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb

Abşeron magistral kanalının yaşayış məntəqələrindən keçən hissələrində məişət tullantıları ilə çirklənən sahələr bu ilin əvvəlindən indiyədək 103 min kubmetr lildən təmizlənib

Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

"Əlavə olaraq, kanalların 560 kubmetrlik sahəsi əl ilə, 11 min kvadratmetrlik hissəsi isə dırmıxla otlardan təmizlənib", - məlumatda deyilir.

Eyni zamanda, Agentlik tərəfindən nasos stansiyalarının binalarında, hidrotexniki qurğularda, mülki və istehsalat obyektlərində, müxtəlif diametrli boru kəmərlərində və qol kanallarda cari təmir işləri həyata keçirilib.

Qeyd olunub ki, Abşeron sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması üçün də işlər aparılır, su və kanalizasiya xətlərində baş verən qəzalar operativ şəkildə aradan qaldırılır.

Hazırda Xırdalan şəhəri ərazisində istismar müddətini başa vurmuş diametri 1000 mm olan dəmir-beton kanalizasiya borusunun 650 paqonometr hissəsi yenisi ilə əvəz olunur.

Bundan əlavə, cari ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun suvarma şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması planlaşdırılır. Saray-1 və Qızılnohur nasos stansiyalarında əsaslı təmir işləri aparılacaq. 2025–2026-cı illərdə isə müxtəlif ərazilərdə 1000 hektara yaxın əkin sahəsinin salınması nəzərdə tutulur


SON XƏBƏRLƏR

29 May 2025