İyulun 10-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində ailə üzvlərinin məlumatı olmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, axtarış tədbirləri nəticəsində tapılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, DİN ölkə ərazisində vətəndaşların təhlükəsizliyinin təmin olunması və axtarışda olan şəxslərin müəyyən edilərək tapılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.