• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Almaniyada Yaşıllar Partiyası kütləvi istefaya qərar verib

DÜNYA

25 Sentyabr 2024 | 16:37 | Müəllif: Əli Hüseynov

Almaniyada Yaşıllar Partiyası kütləvi istefaya qərar verib

Almaniyadakı Yaşıllar Partiyasının rəhbərliyi ölkənin şərqində keçirilən dövlət şurası seçkilərində uğursuz nəticələrdən sonra kollektiv şəkildə istefa vermək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Yaşıllar Partiyasının həmsədrləri Omid Nuripur və Rikarda Lanq Berlində istefa qərarı ilə bağlı mətbuat konfransı keçiriblər.

Partiya rəhbərliyinin kollektiv şəkildə istefaya qərar verdiyini və noyabrda Visbadendə keçiriləcək partiya qurultayında vəzifəni təhvil verəcəklərini ifadə edən Lanq qeyd edib:

"İndi kreslodan yapışmağın vaxtı deyil. İndi tam zamanıdır. Məsuliyyəti öz üzərimizə götürürük və biz yeni bir başlanğıc təmin etməyin qarantiyasını veririk".

Partiyanın digər həmsədri, İran əsilli Nuripur da bildirib ki, rəhbərlik olaraq bir neçə gündür partiyada dəyişikliyə ehtiyac olub-olmaması ilə bağlı intensiv müzakirələr aparırlar.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR