Bolqarıstanda 3 ildir davam edən siyasi qeyri-sabitlik səbəbindən vətəndaşlar oktyabrın 27-də 7-ci dəfə növbədənkənar seçkilərdə səs vermək üçün sandıq başına gedəcəklər.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Təxminən 6,3 milyon qeydə alınmış seçicinin olduğu ölkədə oktyabrın 27-də keçiriləcək seçkidə 19 siyasi partiya və 9 koalisiya namizəd irəli sürüb.
Ölkədə və xaricdə yaşayan vətəndaşlar 240 nəfərlik 51-ci Məclisin yeni deputatlarının adlarını müəyyən etmək üçün eyni vaxtda səs verə biləcəklər.
Mərkəzi Seçki Şurası (MSK) xaricdə 57 ölkədə ümumilikdə 719 seçki qutusunun qurulacağını açıqlayıb.
Əli Hüseynov
















