• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Almaniyanın Maliyyə Nazirliyinə hücum olub

DÜNYA

18 Oktyabr 2022 | 00:30 | Müəllif: Subhan Mahmudov

Almaniyanın Maliyyə Nazirliyinə hücum olub

Ekologiya fəalları Berlində Almaniya Maliyyə Nazirliyinin binasına hücum çəkərək içəriyə daxil olub və etiraz aksiyası keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, bir neçə nəfər Vilhelmştrassedəki binaya soxulub və foyedə bannerlər açıb.

Onlar qeyd ediblər ki, Almaniyanın maliyyə naziri Kristian Lindner yoxsul ölkələr üçün borcların azaldılması imkanlarını müzakirə edəcəyinə söz verib, lakin vədini yerinə yetirməyib.

Eyni zamanda, ətraf mühit fəalları Almaniya paytaxtında bəzi magistral yollarda növbəti dəfə nəqliyyatın hərəkətini bağlayıb. Onlardan bəziləri özlərini asfalta yapışdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026