• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ana və qızı liftdə ölü tapıldı

DÜNYA

19 Noyabr 2023 | 20:45 | Müəllif: Subhan Mahmudov

Ana və qızı liftdə ölü tapıldı

Türkiyənin Manisa şəhərində ana və qızı yaşayış binasının liftində ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Salihli rayonunda baş verib.

Əldə olunan məlumata görə, bina sakinlərindən biri lifti çağırıb. O, liftin qapısı açılanda iki nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görərək dərhal həkim və polislərə xəbər verib.

Hadisə yerinə gələn sağlamlıq qrupları 48 yaşlı ana Devrim Gülərin və 18 yaşlı qızı Doğa Etyemezin öldüyünü müəyyən edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026