• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Anasını baltalayan şəxsin istintaqı başa çatdı

HADİSƏ

28 Aprel 2022 | 08:58

Anasını baltalayan şəxsin istintaqı başa çatdı

Xaçmazda anasını qətlə yetirməkdə təqsirləndirilən Ramiz Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümmətovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, Ramiz Sultanov münaqişə zəminində anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanların keçirdiyi əməliyyat zamanı Ramiz Sultanov tutularaq istintaqa cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026