• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Anbardan noutbuk və kompüter avadanlıqları oğurlandı

CƏMİYYƏT

22 Sentyabr 2023 | 11:46

Anbardan noutbuk və kompüter avadanlıqları oğurlandı

Qaradağda anbarlardan birindən 106 min manat dəyərində 84 ədəd noutbuk və kompüter avadanlıqları oğurlayan 3 nəfər saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bilidirib. Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adları qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026