• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ANS-in keçmiş əməkdaşı axtarışa verildi - FOTO

CƏMİYYƏT

19 Aprel 2023 | 15:42

ANS-in keçmiş əməkdaşı axtarışa verildi - FOTO

ANS-in keçmiş əməkdaşı axtarışa verilib. 

Bakıvaxtı.az xəbər verir ki, ANS-in əməkdaşı olmuş Həbib Qərib oğlu Ovçuyev Cinayət Məcəlləsinin 234-cü (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. 

Azərbaycan polisi onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

Qeyd edək ki, Həbib Qərib oğlu Ovçuyev peşəkar idmanla məşğul olub. O, ANS Şirkətlər Qrupunun Təhlükəsizlik Xidmətinin İdman təlimatçısı vəzifəsində çalışıb. /Lent.az


ANS-in keçmiş əməkdaşı axtarışa verildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR