• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Antarktidada dəniz buzlarının səviyyəsi xeyli aşağıdır

DÜNYA

18 Sentyabr 2023 | 14:43

Antarktidada dəniz buzlarının səviyyəsi xeyli aşağıdır

Antarktidadakı buz səviyyəsi "ağıla gəlməyəcək qədər aşağıdır".

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu buzlaqlar haqqında məlumatları araşdıran Walter Meier BBC-yə bildirib.

İbub sözlərinə görə, buzlaqların əvvəlki səviyyəyə qayıdacağına ümid yoxdur.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin (NSIDC) məlumatlarına görə, təxminən, 17 milyon kvadrat kilometr ölçülən buzlaq sahəsi sentyabr ayının orta göstəricisindən 1,5 milyon kvadrat kilometr aşağıdır.

Manitoba Universitetindən Robbie Mallet məlumatların "narahatlıq doğuran səviyyədə" olduğunu vurğulayıb: "Bu, Antarktidada son 40 ildə potensial olaraq görmədiyimiz iqlim dəyişikliyinin narahatedici əlamətidir".

Ay Tac


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025