• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Aprel döyüşlərində mülki obyektlərə dəyən ziyanın məbləği AÇIQLANDI

CƏMİYYƏT

06 Oktyabr 2022 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

Aprel döyüşlərində mülki obyektlərə dəyən ziyanın məbləği AÇIQLANDI

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə barədə məlumat verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov verib.

“2016-cı ilin aprel ayının 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejimi pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar 6 nəfər mülki şəxs qəsdən öldürülüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyektlərə 3.680.336 manat məbləğində maddi ziyan vurulub. Azərbaycan Respublikası və Ermənistan qoşunlarının təmas xəttində düşmən hərbi birləşmələri tərəfindən 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejiminin pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar törədilmiş çoxsaylı cinayət faktlarına dair 35 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. 2016-cı ilin aprel ayında erməni təcavüzü nəticəsində 90 hərbi qulluqçu öldürülüb, 333 hərbi qulluqçunun öldürülməsinə cəhd edilib”, - deyə İ.Səfərov bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR