• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AQTA deputatın ittihamlarına CAVAB VERİB

CƏMİYYƏT

16 Fevral 2022 | 19:07 | Müəllif: Subhan Mahmudov

AQTA deputatın ittihamlarına CAVAB VERİB

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Milli Məclisin deputatı Tahir Kərimliyə cavab verib.

AQTA-dan Bakıvaxtı.az-a bildirilib ki, Milli Məclisin ötən gün keçirilən iclasında deputatın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb.

Məlumatda bildirilib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil: "Eyni zamanda İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bu günədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq. AQTA səlahiyyətlərinə uyğun olaraq, qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR