• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Araz” şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI

CƏMİYYƏT

13 Sentyabr 2021 | 15:02 | Müəllif: Subhan Mahmudov

“Araz” şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI

Qax rayonu, Qıpçaq kəndində fəaliyyət göstərən “Araz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR