• Bakı 25° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Astana formatının gələcəyi Suriyadakı hadisələrin asılı olacaq

DÜNYA

09 Dekabr 2024 | 16:15

Astana formatının gələcəyi Suriyadakı hadisələrin asılı olacaq

Suriyadakı vəziyyət Suriya nizamlanması üzrə Astana formatı (Rusiya, İran və Türkiyənin iştirakı ilə) çərçivəsində növbəti addımları müəyyən edəcək.

Bakıvaxtı.az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Suriyada vəziyyətlə bağlı İran parlamentariləri ilə görüş barədə danışarkən o qeyd edib ki, Astana formatının gələcəkdə davam etdirilməsi Suriyadakı hadisələrdən və zəmanətçi ölkələrin qərarlarından asılı olacaq", - agentlik bildirib.

Suriya müxalifət qruplarının Astana formatı çərçivəsində növbəti görüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala A.Əraqçi cavab verib ki, bu formata yalnız İran, Rusiya və Türkiyə daxildir. Suriya hökuməti və ərəb ölkələri heç vaxt bu danışıqlarda iştirak etməyib.


SON XƏBƏRLƏR