• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"ATV" Çingiz Abdullayevə görə aparıcını belə CƏZALANDIRDI

CƏMİYYƏT

22 Noyabr 2023 | 18:34 | Müəllif: Subhan Mahmudov

"ATV" Çingiz Abdullayevə görə aparıcını belə CƏZALANDIRDI

Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan "Xəbərin olsun" verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini "zir-zibil" adlandırmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:

"Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026