• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtomobildən 173 ədəd çətənə ştili aşkar edildi - FOTO

HADİSƏ

01 May 2022 | 13:23

Avtomobildən 173 ədəd çətənə ştili aşkar edildi - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakinləri Süleyman Nağıyev və qardaşı Əli saxlanılıblar. Onların idarəsində olan avtomobilə baxış keçirilən zaman 173 ədəd çətənə ştili aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxslərin Beyləqan rayonunun ərazisinə gələrək meşə zolağında çətənə ştillərini əkib-becərməyə çalışdıqları müəyyən edilib.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Avtomobildən 173 ədəd çətənə ştili aşkar edildi - FOTOAvtomobildən 173 ədəd çətənə ştili aşkar edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026