"Elə yorğunam, halsızam ki... Evə gəlib bir stəkan çay içməyə halım qalmayıb, hətta ayaqlarım şişib. Amma əvəzində bir təsəllim var, istedadlı tələbələrimin səslərində yeni ifalar lentə aldım".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni səhhətində problem yarandığını vurğulayıb:
"Bu gün də gecə 00:00-da rvə gələcəyəm. Bu artıq həyat tərzimə çevrilib. Bu yolu tələbələrimlə 26 ildir gəlirik. Heç də peşman deyiləm. Çünki onlar səhnədə olanda alqışlananda, uğur qazananda elə bilirəm dünya mənimdir.
2023-cü ildə həyatda 55 yaşım, sənətdə 46 ilim tamam olur. O günə sağ qalsam, sizin üçün bir layihə hazırlayacağam".













jpg-1672127935.webp)


