• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq

İDMAN

06 Avqust 2024 | 21:38

Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşıb. Rəqibinə 1:6 hesabı ilə uduzan güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


SON XƏBƏRLƏR

05 Iyul 2025