• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Azərbaycan şahmatçısı Fransa çempionu olub

İDMAN

10 Iyun 2024 | 13:06

Azərbaycan şahmatçısı Fransa çempionu olub

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Bakıvaxtı.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanış iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

Qeyd edək ki, 29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026