• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanda 2 ayda 10 TƏLƏBƏ ÖLDÜ

CƏMİYYƏT

15 Yanvar 2024 | 09:40

Azərbaycanda 2 ayda 10 TƏLƏBƏ ÖLDÜ

Son günlər Azərbaycanda ard-arda tələbə ölümləri baş verir.

Bakıvaxtı.az xəbər verir ki, yeniyetmələr əsasən dəm qazı, depressiya və yol qəzaları səbəbilə dünyasını dəyişirlər.

Qeyd edək ki, ötən ilin son 2 ayı və 2024-cü ilin 10 günü ərzində Azərbaycanda 10 tələbə vəfat edib.

Bakıvaxtı.az ölkə mətbuatında yer alan xəbərlərə istinadla son zamanlar dünyasını dəyişən tələbələrin siyahısını təqdim edirik:

Mingəçevir Turizm Kollecinin tələbəsi, 2002-ci il təvəllüdlü Nihad İsayev;

BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Sənan Qasımov;

2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı və Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq ölüb.

Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi Hüseynova Nazlı Rövşən qızı maşın vurması nəticəsində dünyasını dəyişib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Əzizə Qalib qızı Əsgərova yol qəzası nəticəsində vəfat edib.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin l kurs tələbəsi Vaqif Qasımov bronxial astma xəstəliyindən vəfat edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026