• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda bu ərzaq məhsulları BAHALAŞDI

İQTİSADİYYAT

15 May 2021 | 15:41

Azərbaycanda bu ərzaq məhsulları BAHALAŞDI

Ölkədə bahalaşan və ucuzlaşan ərzaq məhsulları ilə bağlı statistika açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qymətlərində müşahidə olunub.

Ucuzlaşma isə təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində qeydə alınıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR