Sabirabad rayonunda ana və iki övladı evdə yanaraq ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Zəngənə kəndində baş verib.
Fərdi yaşayış evində baş verən yanğın zamanı 1994-cü il təvəllüdlü Şəbnəm Nağıyeva - oğlanları 2009-cu il təvəllüdlü Xəyal Nağıyev və 2010-cu il təvəllüdlü Ceyhun Nağıyev yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
















