• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda yeni cərimələr gəlir - 10 min manatadək...

CƏMİYYƏT

06 Iyun 2023 | 14:01

Azərbaycanda yeni cərimələr gəlir - 10 min manatadək...

Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən, kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000- 2500 manat, hüquqi şəxslər isə 7 500 - 10 000 manat cərimə ödəməli olacaqlar.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026