• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Azərbaycanın zəfərindən sonra sülhə ümüd yaranıb" - Ərdoğan

DÜNYA

01 Oktyabr 2022 | 16:30

"Azərbaycanın zəfərindən sonra sülhə ümüd yaranıb" - Ərdoğan

Cənubi Qafqazda Can Azərbaycanın Vətən müharibəsində zəfərindən sonra bölgədə daimi sülh üçün bir ümüd yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.


O qeyd edib ki, Türkiyənin Azərbaycana “Şuşa bəyannaməsi” ilə təcəssüm edilən dəstəyi son dərəcə qiymətlidir.

“Ortaya çıxan yeni vəziyyətin bölgədə qalıcı sülh və hüzurun təmin edilməsi üçün üzərimizə düşəni edirik. Təyin etdiyimiz xüsusi nümayndələr vasitəsi ilə Ermənistanla münasibətlərimi yeni bir səviyyəyə daşıma iradəmizi ortaya qoyduq. Ermənistan ona təklif olunan sülh fürsətini yaxşı dəyərləndirməlidir”, - deyə o vurğulayıb.

Ərdoğan Praqada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün baş tuta biləcəyini də xatırladıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR