Uraz Kaygılaroğlu və rejissor Sinan Öztürkdən sonra "Üç kuruş"da daha bir oyuncu koronavirusa yoluxub.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın Baharı Nesrin Cavadzadənin də koronavirus testi pozitiv çıxıb. Azərbaycanlı aktrisa evində karantinə alınıb.
Yaradıcı heyətdə koronavirusa yoluxanlar olduğundan serialın çəkilişləri təxirə salınıb.
Digər tərəfdən, Nesrin Cavadzadə ilə eyni evdə yaşayan sevgilisi Gökhan Alkan da virusa yoluxub.
Onun sevgilisindən sonra koronavirusa tutulduğu öyrənilib.
Nuranə Daxilqızı
















