Azərbaycanlı aktyor Faiq Mirzə Bollivud filmində çəkilib.
Bu barədə Bakıvaxtı.az-a aktyorun özü bildirib.
F.Mirzə "Prince Pictures" şirkətinin istehsalı olan "Sərdar" filmində rol alıb.
Ötən ilin yayında ərsəyə gələn filmin bir neçə epizodu Bakida çəkilib.
Filmin rejissoru PS Mithrandır.
Azərbaycanda filmin təşkilatçısı "Ffilming Azərbaycan"dır.
Faiq Mirzə filmdə Beynəlxalq məhkəmənin hakimi obrazını canlandırıb.
Onu da qeyd edək ki, aktyor bu filmdə hind aktyoru Çanki Panday ilə tərəfmüqabili olub .
Aytac Aslan














jpeg-1675768714.webp)





