• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ

CƏMİYYƏT

09 Iyun 2026 | 15:22

Azovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib.

Bakıvaxtı.az Bizim.media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin Yergüc kənd İnzibati Ərazi Dairəsindən bildirilib ki, F.Orucov sabah doğulduğu kəndin qəbiristanlığında son mənzilə yola salınacaq.

Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, dördünün isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR