• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azyaşlı qızın hamilə qalmasını Ombudsman araşdırıb

CƏMİYYƏT

30 Mart 2022 | 15:35 | Müəllif: Qalib İbrahimoğlu

Azyaşlı qızın hamilə qalmasını Ombudsman araşdırıb

Bakı şəhərinin Suraxanı rayonunda yaşayan və Gəncə şəhərində evliliyə cəlb olunmuş azyaşlı qızın hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı müvafiq qurumlarla, həmçinin uşağın xalası ilə əlaqə saxlanılıb, onun səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib.

Məsələnin araşdırılması və azyaşlının hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət olunub.​​​​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026