• Bakı 19° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Badara kəndində gələn il 128 evin bərpası planlaşdırılır

CƏMİYYƏT

17 Sentyabr 2025 | 14:16

Badara kəndində gələn il 128 evin bərpası planlaşdırılır

Xocalı rayonunun Badara kəndində gələn il 128 evin bərpası planlaşdırılır.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Prezidentin izi ilə bölgəyə təşkil olunan mediatur çərçivəsində deyib.

O, kənddə əhalinin yaşayışını təmin etmək məqsədilə aparılan layihələrin davam etdirildiyini bildirib:

"Kənddəki 313 fərdi evdən artıq 15-i bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Hazırda kənddə mövcud elektrik və qaz xətləri bərpa olunub, paylayıcı transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir.

Badarada park və bayraq meydanı yaradılıb, yollar asfaltlanıb. Bərpa edilən evlərin artıq öz sahiblərin verilməsinə başlanılıb. Böyük Qayıdış planına uyğun olaraq, ilkin mərhələdə 55 nəfərdən ibarət 14 ailə artıq kəndə köçüb. Bu proses mərhələli şəkildə həyata keçiriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.


SON XƏBƏRLƏR