• Bakı 14° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bahar OD PÜSKÜRDÜ: "Görsəm ki, ölür, su vermərəm" 

MƏDƏNİYYƏT-ŞOU

24 Aprel 2024 | 13:00

Bahar OD PÜSKÜRDÜ: Görsəm ki, ölür, su vermərəm 

“Allah bağışlayandır, amma elə məqamlar olur ki, bağışlamaq olmur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı “Evimin qonaqları” verilişində deyib.

İfaçı ona qarşı edilən yanlışlardan danışaraq od püskürüb:

“İki insan var ki, onları heç vaxt bağışlamaram. Zamanla insanlar dəyişirlər, bəzi adamları tanımaq məcburiyyətində qalırsan. İnsan var ki, 50 il bir evdə yaşayırlar, sonra ayrılırlar. Deyirlər ki, “xasiyyətimiz uyğun gəlmədi”".

İki il öncə ağır xəstəlik keçirdiyini xatırladan B.Lətifqızı deyib ki, xəstəliyinin müalicəsi üçün doğma bir insandan kömək istəyib: "5 min manat lazım idi. Sonradan eşitdim ki, mənim haqqımda pis danışıb. Deyib ki, “tülkülük edib, məndən pul almaq istəyir”".

“O elə bir insandır ki, mən ancaq ondan pul istəyə bilərəm, başqa adamdan istəyə bilməzdim. İstədiyim günün sabahı Qazaxıstana toya getdim. Xəstə idim, amma getmək məcburiyyətində idim. Oradan qazandığım pul mənə kömək oldu. O adamsa mənə pulu göndərmədi. Ona o qədər etibarım var idi ki,  bütün etibarım qırıldı. Onu o dünyamızda da bağışlamaram. Görsəm ki, ölür, su istəyir, vermərəm”, - deyə Bahar Lətifqızı əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

05 May 2024