• Bakı 21° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır

CƏMİYYƏT

07 Oktyabr 2025 | 14:18

Bakı Dairəvi yolunun köməkçi hissəsində təmir işləri aparılır

Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dairəvi avtomobil yolunun köməkçi hissəsində təmir işləri aparılır.

Bu barədə  Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri yolun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsindən başlayaraq Moskva prospektinədək olan, ümumi uzunluğu 1 580 metr təşkil edən hissəsini əhatə edir.

Qeyd edək ki, bir müddət əvvəl bu ərazidə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb, ardınca əks-dolğu işləri yerinə yetirilmiş və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda isə qazılmış hissənin mövcud asfalt-beton örtüklə eyni səviyyəyə gətirilməsi məqsədilə aşınma lay asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri görülür.

Təmir işlərinin 9 oktyabr saat 24:00-a dək tamamlanması planlaşdırılır.

Sürücülərdən göstərilən yol sahəsində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etmələri xahiş olunur.


SON XƏBƏRLƏR