19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Türkiyənin "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.
Qeyd edək ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.
Bakı 



