• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda ağacları kəsən şəxs cəzalandırılıb

CƏMİYYƏT

17 Iyun 2021 | 18:03

Bakıda ağacları kəsən şəxs cəzalandırılıb

Bakıda ağacları kəsən şəxs cəzalandırılıb.

Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb:

"Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 2 ağacın vətəndaş Rüstəm Əhmədov tərəfindən kəsildiyi və təbiətə 4200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nizami Rayon Prokurorluğuna göndərilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026