• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda bu ərazilərdə iki yeni metrostansiya tikiləcək - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

17 Fevral 2022 | 15:57

Bakıda bu ərazilərdə iki yeni metrostansiya tikiləcək - RƏSMİ AÇIQLAMA

"Bakıda Badamdar və Bibiheybət ərazilərində yeni metro stansiyaların açılması gələcək planlarda nəzərdə tutulub".

Bakıvaxtı.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun baku.ws-ə verdiyi məlumata görə, "İçərişəhər"dən sonra dörd stansiyanın inşası nəzərdə tutulub:

"Onların arasında Badamdar da var. Sarı xətt üçün isə Binəqədidən başlayaraq 11 stansiya olacaq və sonu isə Bibiheybət olacaq. Bunların reallaşması uzaq planlar üçün nəzərdə tutulub. İndidən konkret tarix demək mümkün deyil.

Hələlik bu iki stansiyanın inkişafı və layihələndirməsindən söhbət getmir. Hazırda vacib məsələ şəhərin mərkəzindəki xətlərin ayrılmasıdır. Bakının 2008-2011-ci illərdə hazırlanan inkişaf istiqamətlərində Binəqədi, Yeni Yasamal, Qaraçuxur və Razin də nəzərdə tutulub.

Bir məsələni qeyd edim ki, Xocəsən metro stansiyasından Sədərək ticarət mərkəzinə heç bir metro xətti olmayacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR