Bakıda yaşayış bnasında yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, yanğın Nizami rayonunda qeydə alınıb. Belə ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və 2 p.m giriş-çıxış kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















