• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Bakıda "Formula 1"ə görə daha bir yol BAĞLANIR

FORMULA 1

29 Avqust 2024 | 19:20

Bakıda Formula 1ə görə daha bir yol BAĞLANIR

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində, 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024