• Bakı C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.7813

    RUB - 1.6139

Bank əməkdaşı həbs edilib - DETALLAR

HADİSƏ

27 Noyabr 2024 | 16:25

Bank əməkdaşı həbs edilib - DETALLAR

"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.

Ə.Müşfiq bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.


SON XƏBƏRLƏR

27 Noyabr 2024