• Bakı 25° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Baş direktor: “Bakcell” yeni innovativ məhsullar üzərində işləyir

HADİSƏ

27 Fevral 2025 | 17:27

Baş direktor: “Bakcell” yeni innovativ məhsullar üzərində işləyir

“Bakcell” şirkəti hər iki-üç aydan bir bazara yeni məhsullar təqdim edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Klaus Müller deyib.

O qeyd edib ki, yeni məhsullar deyərkən ilk növbədə sabit internet, süni intellekt dəstəkli tarif məsləhətçisi və abunəçilər üçün önəmli ola biləcək digər məhsullar nəzərdə tutulur.

“Biz xidmətlərin diversifikasiyasını nəzərdən keçiririk. Növbəti iki il üçün “Bakcel” bu yanaşmanı təqdim edəcək. Bu günə qədər olan klassik rabitə xidmətlərimiz yerində qalacaq, paralel olaraq yeni innovativ xidmətləri abunəçilərimizə təqdim edəcəyik. Hazırda bunun üzərində işləyirik. Növbəti aylarda bu haqda ictimaiyyətə məlumat veriləcək”, - deyə K.Müller bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026