• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Basqınla bağlı görüntülər öncədən hazırlığın olduğunu düşünməyə əsas verir

SİYASƏT

05 Avqust 2022 | 17:44

Basqınla bağlı görüntülər öncədən hazırlığın olduğunu düşünməyə əsas verir

“Dünyada ən təhlükəsiz şəhər kateqoriyasında da yenə həmin vəziyyətdir, London öndədir. Səfirliyimizə basqınla bağlı bəzi görüntülər də öncədən hazırlığın olduğunu düşünməyə əsas verir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, beləliklə, bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, London xüsusi xidmətinin baş verənlərdən öncədən xəbərdar olmasından şübhələnmək üçün ciddi əsaslar var.

AİF prezidenti qeyd edib ki, London şəhəri dünyada adambaşına düşən müşahidə kameralara sayına görə yalnız Çindən geri qalır. Avropada isə şəhərdə quraşdırılan təhlükəsizlik kamerası sayına görə öndə gedir - hər 1000 nəfərə 68 kamera var: "Bu o anlama gəlir ki, şəhərin nəinki bütün küçələri, hətta bütün künc -bucağı, dalanları, bir sözlə, hər şey kamera nəzarətindədir. Britaniya cəmiyyəti zaman-zaman bu tip nəzarətə etirazlarını da bildirirlər. Ən güclü polis xidməti kateqoriyasında da London polisi top 10-luqdadir. Çində olduğu kimi, bu şəhərdə də son zamanlar küçədə hərəkət edən hər bir adamın biometrik identifikasiyasının aparıldığı bildirilir. Anlaşıqlı desək, London xüsusi xidməti real vaxt rejimində kimin harda olduğu dəqiq bilir”.

O.Gündüz vuğulayıb ki, radikal dini qurumların, şübhəli şəxslərin isə nəinki öncədən müəyyən olunan agentlərlə aşkarlamaq, hətta xüsusi izləyici avadanlıq və proqram təminatları ilə istənilən an kordinatlarını və danışıqlarını, hətta açar sözlərlə nə danışdıqlarını belə müyyən etmək London polisi üçün problem deyil: “Ümid edirəm və inanıram ki, hökumətimiz, DTX və kəşfiyyat strukturlarımız Türkiyənin də resurslarından yararlanmaqla Londonda əslində nəyin baş verdiyini aşkara çıxaracaq və cəmiyyətə ağlabatan bir açıqlama verəcək”.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024