• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Baydenin bəyanatının heç bir faydası olmayacaq" - Mustafa Şentop

SİYASƏT

26 Aprel 2021 | 16:15

"Baydenin bəyanatının heç bir faydası olmayacaq" - Mustafa Şentop

ABŞ Prezidenti Co Baydenin 1915-c il hadisələrinə dair bəyanatının Ermənistana da faydası olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, Baydenin 1915-ci il hadisələri ilə bağlı heç bir hüquqi və elmi əsası olmayan bəyanatının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.

Bunu siyasi qərar adlandıran Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ 2005-ci ildə Baş nazir olarkən erməni tərəfinə müstəqil birgə komissiyanın yaradılması barədə təklif verdiyini xatırladıb. Əlavə edib ki, Ermənistanın təklifə müsbət cavab verməyib.

“Baydenin bəyanatının regionda və dünyada sülhə, xüsusilə də Ermənistana heç bir faydası olmayacağı məlumdur. Yalnız Türkiyə ilə ABŞ arasındakı münasibətlər bundan ciddi ziyan görəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026