Bayram günlərində (18.03.2025-ci il tarixindən 31.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 62 nəfər qəbul edilib.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq KTM-dən bildirilib.
Belə ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Ölüm halı qeydə alınmayıb.
Mina Mikayılova